Paris Trampın planını rədd edib | VİDEO

   Paris Trampın planını rədd edib    | VİDEO
  16 İyul 2025    Oxunub:752
Fransa ABŞ prezidenti Donald Trampın Amerika silahlarının Avropa ölkələri hesabına Ukraynaya verilməsi ideyasını dəstəkləməyəcək.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico Europe” nəşri belə məlumat yayıb.

“Fransa prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların yerli istehsalçılardan silah almaqla öz müdafiə istehsalına sərmayə qoymasına çağırır. Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, - qəzetdə dərc olunan materialda deyilir.

Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Kiyevə yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə (HHM) sistemləri vəd edib. Amerika lideri bu silahların Ukraynanı qorumaq üçün lazım olduğunu vurğulayıb. Çünki Rusiya prezidenti Vladimir Putin “gözəl danışır, axşam isə hamını bombalayır”.

Tramp Ukrayna Silahlı qüvvələrinə verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı (Aİ) onların dəyərini ABŞ-yə ödəyəcək.

“Politico” nəşri, öz növbəsində, Trampın bu bəyanatının ABŞ-nin müttəfiqlərində çaşqınlıq yaratdığını yazıb. Onlar hələ də bu ideyanın hansı mərhələdə olduğun və Trampın planının həyata keçirilməsində konkret necə iştirak edəcəklərini anlamırlar.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Makron   inkar  



Xəbər lenti